Xalq artisti Nəcibə Məlikovanın 95 illik yubileyi keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə noyabr ayının 30-da saat 17:00-da Dövlət Film Fondunda Xalq artisti Nəcibə Məlikovanın 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Tədbirdə Nəcibə Məlikovanın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.