Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Kinosunun 120 illiyinə həsr olunmuş musiqili gecə keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbir 14 sentyabr saat 20:30 da “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix- Memarlıq Qoruq muzeyində keçiriləcək. Gecədə kinonun keçdiyi inkişaf yolundan, onun tarixindən bəhs edən çıxışlar da olacaq.