Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şərəf” ordeni ilə
Kərimi Siyavuş Əşrəf oğlu
Qeyd edək ki, Siyavuş Kərimi həmdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibidir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Siyavuş Kərimini yüksək dövlət ordeni olan “Şərəf”ordeni ilə təltif edilməsi münasibətilə İttifaqın bütün İdarə heyəti və üzvləri adından təbrik edirik.