Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Qarabağ Azərbaycandır! Devizi ilə
ssenari müsabiqəsi elan edir.
Məqsəd:
Müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və süverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.
Şərtlər:
- Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
- Müsabiqəyə bədii, sənədli, qıssametrajlı film və animasiya filmləri ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 1 bir ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 1 fevral 2021- ci il tarixindən 30 aprel 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan saytın aşağısında göstərilmişdir.)
Qaydalar:
Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir
Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək.
Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:
(Ekranlaşdırılması nəzərdə tutulub)
Ən yaxşı bədii film ssenarisi – 5000 manat
Ən yaxşı sənədli film ssenarisi – 3500 manat
Ən yaxşı qıssamertajlı film ssenarisi – 3000 manat
Ən yaxşı animasiya film ssenarisi – 2000 manat
Əlaqə üçün:Tel: (+99412-597-48 04) (+99451-427-41-03)