Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ad günü təbriki

11:55 - 23 Dekabr 2022

 

 

 

               Möhtərəm cənab Prezident,

Dekabrın 24 –ü Sizi qəlbən sevən, dəyərləndirən, etimad, etibar və güvənc ünvanı bilən milyonlarla azərbaycanlı üçün əlamətdar bir tarixdir.

Bu gün biz hər birimiz məhz ona görə böyük qürur və iftixar hissi keçirir və bəyan edirik ki, Azərbaycan kinematoqrafçıları olaraq daim Sizin yanınızdayıq və həyata keçirdiyiniz misli görünməmiş uğurları ürəkdən dəstəkləyir və alqışlayırıq.Ölkəmizdə baş verən yeniliklərin, qazanılan nailiyyətlərin kinolentin yaddaşına köçürülməsi və salnamələşdirilməsi üçün bütün yaradıcılıq potensialımızdan səmərəli istifadə etməyə hazırıq.

Möhtərəm cənab Prezident,

Sizi ad gününüz münasibəti ilə ölkəmizin kinematoqrafçıları adından ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, siyasi və dövlətçilik fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Hər birimiz çox yaxşı bilirik ki, doğma Azərbaycanımızın daha xoşbəxt gələcəyi məhz Sizin adınızla bağlıdır.

   Tanrı Sizi və ailənizi qorusun!

 

 

Dərin hörmət və ehtiramla:

 

Azərbaycan Respublikası

Kinematoqrafçılar İttifaqının

İdarə Heyəti adından

İttifaqın sədri                                          Şəfiqə Məmmədova