Oqtay Mirqasımovun 80 illik yubileyi münasibəti ilə "Balans" studiyası tərəfindən tam bərpa olunmuş "Şeytan Göz Qabağında" filmi 10 iyun saat 13:00 -da "Azərbaycan" kinoteatrında nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Oqtay Mirqasımov o dövürdə filmin çəkiliş prossesində baş verənləri xatırlatdı, filmin yüksək keyfiyyətdə bərpa olunmasına görə "Balans" studiyasına və bütün təşkilatçılara öz təşəkkürünü bildirdi.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək dəyərli kinorejissor Oqtay Mirqasımovu 80 illik yubileyi münasibətilə təbrik etdi, "Şeytan göz qabağında" filminin bərpa olunmasını təqdirəlayiq hesab etdiyini vurğuladı. Xalq artisti Fəxrəddin Manafov çıxış edərək , filmin çəkilişləri ilə bağlı maraqlı xatırələrini bölüşdü.Daha sonra filmin bərpa olunmuş nüsxəsi ilk dəfə olaraq tamaşaçılara nümayiş olundu.