Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün Dövlət Mükafatlarına əsərlərin (İşlərin) qəbulunu elan edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komisiyyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək Komisiyyaya təqdim edilməlidir.
Komissiyanın yeni tərkibi isə ağağıdakı şəxslərdən ibarətdir.
Ramiz Mehtiyev
Əbülfəs Qarayev
Oqtay Şirəliyev
Ceyhun Bayramov
Anar Rzayev
Firəngiz Əlizadə
Şəfiqə Məmmədova
Elbay Qasımzadə
Məhərrəm Qasımlı
Fərhad Xəlilov
Fərhad Bədəlbəyli
Azər Paşa Nemətov