Avqustun 30 –da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “ Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021- ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.
Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.
Fimlər Komissiyaya sentyabrın 20 – dək təqdim olunmalıdır.
Ünvan: Səbail rayonu, Səməd Vurğun küç, 43. World Business Center, 16-cı mərtəbə.
Telefon: 012-597-48-04
Poçt: [email protected]