Rusiyanın Çeboksarı şəhərində 15 – ci Beynəlxalq Kino Festivalı öz işini başa çatdırıb.
Müsabiqənin tammetrajlı filmlər üzrə münsiflər heyətinə tanınmış kinoşünas, rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibi Ayaz Salayev sədrlik edib.
Qısametrajlı filmlər üzrə müsabiqədə İttifaqımızın üzvü, Azərbaycan rejissoru Fariz Əhmədovun “ Sonuncu “ filmi baş mükafata layiq görülüb. Bu ekran əsəri yüksək səviyyədə qarşılanıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu münasibətlə rejissor Fariz Əhmədovu təbrik edir, yeni – yeni yaradıcılıq uğurları arzulayır.