Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Foundation, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, prodüser və bərpa mütəxəssisi Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verib.
Filmdə balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. Film “Cırtdan” adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilib. Rejissorlar: Yalçın Əfəndiyev, Ağanağı Axundov Ssenari müəllifi: Alla Axundova Operator: Aleksandr Milov Rəssam: Elçin Aslanov Bəstəkar: Oqtay Zülfüqarov
Bərpada xidmətləri olanlar: Elçin Hami Axundov Rəşid Ağamalıyev Rüfət Həsənov Elçin Səfərov Dilarə Allahverdiyeva S.Reyhan Ülvi Qasımov Justine Waddell Daniel Bird və s. Bərpa olunmuş “Cırtdan” filmi ilk dəfə 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunub. Bərpa olunmuş film “Klassiki” (Böyük Britaniya) striminq platformasında yayımlanıb.
Filmi izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz : Cırtdan (1969) - YouTube