Amerika Kinorejissorlar Gildiyası Hollivud kino sənayesində ən nüfuzlu mükafatlardan biri hesab edilir və bu mükafatın təqdim edilməsi “Oskar”dan öncə olduğundan “Oskar”a namizədlərin dəqiq proqnozlaşdırlmasını təmin edə bilir. Gildiya bu il mükafatına namizədlərin siyahısını açıqlayıb.
Bu il mükafatlar uğrunda altı rejissor mübarizə aparacaq: Tod Field “Tar”, Cozef Kosinski “Top qan: Mevrik”, Dan Kvan və Daniel Şaynert “Hər yerdə və həmən”, Martin McDonaq “Banşi İnişerina” və Stiven Spielberq “Fabelmanlar” filmlərinə görə namizədlər siyahısına daxil ediliblər .
Sara Polli və Gina Prins-Baytvud, eləcə də 2022-ci ilin ən çox gəlir gətirən “Avatar 2: Su yolu” filminin rejissoru Ceyms Kemeron mükafata nominant ola bilməyiblər. Xatırladaq ki, sonuncu 1998-ci ildə "Titanik" filminə görə mükafat alıb və "Avatar" filminə görə ikinci dəfə namizəd olub.
Qeyd edək ki, bu il “A-24” studiyası eyni vaxtda bir neçə nominasiya alan yeganə studiyadır. “Netflix” iki qələbə qazandıqdan bir il sonra yayımçılar və iddiaçılar siyahısında yoxdur. Bütün kateqoriyalar üzrə qaliblər 18 fevral 2023-cü il tarixində Los Ancelesdəki “Beverli Hilton” otelində 75-ci Kinorejissorlar Gildiyasının (DGA) mükafatlandırma mərasimində seçiləcək.